“Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan məhsulları” jurnal-kataloqunu nəşr edib.
Nəfis tərtibatda nəşr olunan 132 səhifəlik jurnal –kataloqa respublikamızın 24 aparıcı şirkətinin nəaliyyətləri və onların məhsulları haqqında geniş informasiya daxil edilmişdir. Həmin şirkətlər tikinti və inşaat, qida emali, mebel və interyer, bank və sığorta, avtomobil, təhsil, qiymətləndirmə və digər sektorları təmsil edirlər.
Jurnal-kataloqda “Dünya qızıl bazarının özəllikləri”, “Şokalad haqqında”, “Respublikanın xarici ticarətinin vəziyyəti”, “İdxal – ixrac əməliyyatları” və s. analitik məaqallər, həmçinin təmir işlərində boyanın istifadəsi ilə bağlı təlimatlar yer alıb.
Jurnal-kataloqun davamlı nəşr olunması üçün yerli istehsalla məşğul olunan şirkətlərlə geniş əlaqələrin yaradılmışdır. Bu sırada “Şirin” MMC, “NB Group” ASC, “Ankala” MMC, “Karmen” MMC, “Hakan Foods”, “Ulduz” Şokalad Fabriki , “Araz” kursaları, GRBS və bəzi digər yerli şirkətlərin layihəyə ilə yaxından əməkdaşlıq etdiklərini qeyd etmək olar.
Layihə icraçıları jurnal-kataloqda yerli firmaların təqdimatı ilə yanaşı istehsalat və iqtisadiyyatın bütün sahələri ilə bağlı analitik materialların hazırlanmasını nəzərdə tuturlar.
“Azərbaycan məhsulları” jurnal-kataloqu Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən “Yerli məhsulların təbliği və virtual satış mərkəzinin yaradılması” layihəsi daxilində nəşr edilib.
Sözügedən layihə çərçivəsində həmçinin, Virtual satış mərkəzi – www.vsm.az saytı yaradılıb.
Virtual satış mərkəzi 200 yaxın müəssisə ilə əlaqələr yaradıb, 150-dən artıq firma, 400-ə yaxın məhsul haqqında məlumat informasiya bazasına daxil edilib və bu proses sürətlə davam etməkdədir.
Layihə icraçıları çox təəssüflə bildirir ki, bəzi firmalar layihəyə ciddi yanaşmayaraq, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdə maraqlı deyillər.
Buna səbəb kimi həmin firma və holdinqlərdə bürokratik əngəllərin olduğunu qeyd etmək olar. Xüsusən maliyyə imkanları yaxşı olan, marketinq və ictimaiyyətlə əlaqələr üzrə ( public relations) mütəxəssislər korpusu olan özəl sektor bölmələrinin üçüncü sektorun təmənnasız təklifindən imtina etməsi müşahidə olunmuşdur.
Böyük maliyyə vəsaitlərini sağa-sola xərcləyən və kifayət qədər əməkhaqqı alan reklam agentlərinin ictimai təbliğat kompaniyasına laqeyd münasibəti təəccüb doğurur. Maraqlı fakt kimi, layihə müddətindəki təcrübəmizə əsaslanıb qeyd etmək lazımdır ki, firma rəhbərləri bu kompaniyanı daha yaxşı qarşılayır və dərk edir nəinki firmanın reklam və yaxud piyar menecerləri. Bu isə həmin əməkdaşların hansısa qaranlıq əməliyyatlarının və yaxud işə laqeyd münasibətlərinin nəticəsidir.
Təşkilat bu maneələrə baxmayaq, bu layihənin uğurla davam etdirmək və yeni maraqlı ideya və fəaliyyətlər həyata keçirmək niyyətindədir.
Təşkilat fürsətdən istifadə edib bütün sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes dairələrini və biznesin inkişafına yardımçı olan təşkilatları fəaliyyətləri haqında informasiyanı “Azərbaycan məhsulları” jurnal-kataloquna təqdim etməyi təklif edir.
Sonda bir daha qeyd etmək istərdik ki, əsas məqsədimiz yerli sahibkarları dəstəkləyən vahid informasiya portalı və jurnal - kataloqun daimi fəaliyyət göstərməsinə nail olmaqdır.
Bu fəaliyyətdə yerli sahibkarlara güvənirik və onları layihəyə ilə əməkdaşlıq etməyə dəvət etdirik.