Dünya Bankı qrupunun üzvü olan IFC risklərin idarəedilməsi və kredit portfelinin yaxşılaşdırımasına dair Azərbaycan bankirlərinə təlimlər keçirir və beləliklə maliyyə böhranın təsirini azaltmağa və bankların real sektora kreditlərini artırmağa kömək edir.
IFC PriceWaterHouse və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birgə 30 maliyyə institutlarının yüksək vəzifəli şəxsləri üçün Bakıda bir günlük məşğələ təşkil etmişdir. Bu seminar maliyyə böhranının təsirindən qurtarmaq üçün yerli bankların və şirkətlərin gücləndirilməsinə yönəldilmiş IFC-nin böhrana cavab təşəbbüsünün bir hissəsidir.
Təlim zamanı yeni kreditlərin verilməsini təşviq etmək üçün problemli aktivlərin ötürülməsi və o cümlədən portfelin idarəedilməsi məsələləri müzakirə edilmişdir.
“Bu gün bank sektorunun ən əsas problem aktivlərin qeyri-effektiv idarəedilməsidir. IFC Azəbaycan banklarına ümidsiz kreditlərin həllinə dair qabaqcıl beynəlxalq təcrübələri qəbul etməyə kömək edəcəkdir. Sonradan bu üsullar həmçinin maliyyə böhranından qurtarmaq istəyən Avropa və Orta Asiya regionunun digər ölkələrində də tətbiq edilə bilər,” IFC-nin Maliyyə Bazarlarının Böhrana Cavabı Layihəsinin rəhbəri cənab Qart Bedford qeyd etmişdir.
Maliyyə Bazarlarının Böhrana Cavabı Layihəsi 2009-cu ilin avqust ayında regiondakı maliyyə institutlarına böhrandan qurtarmağa kömək etmək üçün həyata keçirilməyə başlamışdır. Layihə banklarda ümidsiz kreditlərin həllinə dair strategiyalar yaratmaqla yeni kreditləşmə təcrübələrini təşviq etmək üçün iştirakçılarının sayı təxmini 360 nəfər olan artıq 10 seminar keçirmişdir. IFC-nin ekspertləri həmçinin ətraflı təhlil aparmaqla yeddi banka kredit risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsinə dair məsləhətlər vermiş və tövsiyələri yerinə yetirilmək üçün onlara köməklik göstərmişdir.
IFC inkişaf edən ölkələrin davamlı inkişafının aparıcı qüvvəsi olan özəl sektorun üzərində eksklyüziv olaraq diqqəti cəmləşdirən yeganə beynəlxalq maliyyə təşkilatıdır. IBRD ilə birgə, IFC hazırda inkişaf edən ölkələrdə yoxsullar üçün şəraitin yaradılmasında , o cümlədən problemli aktivlər məsələlərinin həlli istiqamətində imkanlarını gücləndirmək üçün kapitalı artmaq niyyətindədir.