Çərşənbə, 10 mart 2010

   BÖLMƏLƏR
Avtomobillər (19)
Bank və sığorta (16)
Geyim və tekistil (5)
Hüquq xidmətləri (0)
Inşaat və tikinti (39)
Kənd təsərrüfatı (3)
Kimya sənayesi (4)
KIV və poliqrafiya (24)
Kompüter/aksesuarlar (12)
Kosmetika/parfümeriya (3)
Mebel və interyer (17)
Mədəniyyət və incəsənət (3)
Məişət avadanlıqları (8)
Nəqliyyat (2)
Qida emalı sənayesi (33)
Rabitə/kommunikasiya (0)
Təhsil və təlim (11)
Tibb və sağlamlıq (11)
Ticarət və xidmət (2)
Turizm/istirahət/idman (13)
Yüngül sənaye (1)
Digər (0)
Biznesə dəstək təşkilatları (5)
 
» Məlumat bazası:
       Firmalar: 180
       Məhsullar: 427
       Elanlar: 84
 
Axtarış:
Firmalar    Məhsullar
 
 

 
   SORĞU
 

 

 

 

 

İlk səhifə Məhsullar Firmalar Elanlar Məqalələr Qeydiyyat Xəbərlər Haqqımızda Əlaqə

Haqqımızda

 

"ŞƏMSİ ƏSƏDULLAYEV" XEYRİYYƏ İCTİMAİ BİRLİYİ

 
  
"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyi 1995-ci ildə ildə yaradılmış, "Şəmsi Əsədullayev Xeyriyyə" Cəmiyyətinin hüquqi varisidir.
Birlik aztəminatlı təbəqələrin sosial rifahının yaxşılaşdırılması, vətəndaş cəmiyyəti quruculuğu sahəsində əhalinin iştirakı və sağlam biznes sektorunun inkişafına yardım missiyasını öz fəaliyyətinin prioritet sahəsi hesab edir. Bundan başqa təşkilat Şəmsi Əsədullayev irsinin araşdırılması, təbliğ edilməsini mütəmadi həyata keçirir. Təşkilatın sədri Həsən Məmmədovdur.
Bu cəmiyyət 1995-2000-ci illərdə humanitar sahə ilə bağlı aşağıdakı fəaliyyətlər həyata keçirib:
-          Orta təhsil məktəbində müxtəlif tədbirlərinin həyata keçirilməsinə yardım edib;
-          Aztəminatlı təbəqələrin işlə təmin olunmasını həyata keçirib;
-          Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayevanın qəbirüstü abidəsinin hazırlayıb;
-          və c.
Cəmiyyət 2006-cı ildən yenidən "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyi kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq fəaliyyətini yeni forma və metodlarla bərpa edib.
Bu istiqamətdə əsas addım yerli və xarici donor təşkilatlarla əlaqələrin qurulması və müvafiq proqram və layihələrdə iştirak oldu.
 
 

LAYİHƏ HAQQINDA

 
"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai  Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 21 aprel 2009-cu il tarixindən "Yerli məhsulların təbliği və Virtual Satış Mərkəzinin yaradılması" layihəsinin icrasına başlamışdır.

Layihə Azərbaycan Respublikasında istehsal edilən məhsulların təbliğini və sahibkarlığın inkişafında informasiya dəstəyini öz üzərinə alır. Layihə icraçıları bu fəaliyyət sahəsinin davamlı və effektli olması, ölkəmizin istehsal potensialının realizə olunmasında istehlakçı və istehsalçı münasibətlərin yeni formasının qurulması məqsədi ilə özəl sektor ilə əməkdaşlığı vacib sayır və SİZLƏRİ əməkdaşlığa dəvət edirik.

Layihə çərçivəsində:
- "Milli məhsulların virtual satış mərkəzi" (İnternet səhifə - www.vsm.az) yaradılır.
- "Milli məhsulların kataloqu" jurnalı nəşr olunacaq. 
Hər bir fərdi sahibkar (fiziki şəxs) firma (müəssisə, holdinq) istehsal etdiyi məhsul haqqında informasiyanı ÖDƏNİŞSİZ olaraq "Milli məhsulların virtual satış mərkəzi"ndə (İnternet səhifə) və "Milli məhsulların kataloqu" jurnalında yerləşdirə bilər. Bundan başqa həmin saytda və jurnalda reklamlarınızı ödənişli əsalarla yerləşdirmək mümkündür.
 

PROJECT ACTIVITIES

 
Shamsi Asadullayev” Charity Public Union was founded in 1995 and is heir at law of “Shamsi Asadullayev” Charity Society.
The main priority of Society was provision of participation of people in the field of creation of joint civil society, assistance in the development of freedom of expression and common business sector. The Society was registered in the Ministry of Justice as “Shamsi Asadullayev” Public Charity Union again in 2006 and restored its activity with new forms and methods. The main step in this direction was the establishment of relations with local and foreign donor organizations and its participation in proper programs and projects.
  
At present the organization carries out project on “Propagation of local products and establishment of virtual sales center” with the financial assistance of Council of State Support to Non-Governmental Organizations under the President of the Republic of Azerbaijan .
  
Virtual sales center - website www.vsm.az was established within the project. Each individual entrepreneur (retail customer) or firm (enterprise, holding) can post information (as well as photos) on its production, activity and advertisements free of charge to virtual sales center, namely www.vsm.az
 
 
The next stage of the project - preparation of magazine-catalogue “Products of Azerbaijan” has already started. Large information about firms, their successes, products and services will be included to 200-page magazine-catalogue.
 
 

LAYİHƏ İCRAÇILARI

 

 
Layihənin direktoru- Cəsarət Hüseynzadə

1977-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika fakültəsini bakalavr və magistr dərəcəsi üzrə bitirib.

"Ədalət", "Avrasiya" və "Hürriyyət" qəzetləri ilə əməkdaşlıq edib. "Vətəndaş həmrəyliyi" qəzeti və "Qanun" jurnalında müxbir vəzifəsində çalışıb. 1998- ci ildə Himayədar Humanitar Təşkilatının yaradılmasında yaxından iştirak edib və təşkilatın sədr müavini vəzifəsində çalışıb. 1999-cu ildə ABŞ dövlət departamentinin dəvəti ilə "QHT liderliyinin inkişafı" layihəsi çərçivəsində ABŞ-da təcrübədə olub. Hal hazırda "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin sədr müavinidir.
 
Bundan öncə aşağıdakı layihələrin həyata keçirilməində içtirak edib:
- 1998, Yoxsul təbəqələrin təhsil və sağlamlıq hüquqlarının təminatı sahəsində vəziyyətin tədqiqi Himayədar Humanitar Təşkilatı (layihə icraçısı) - donor OXFAM GB
- 1999, Yoxsul təbəqələrin təhsil və sağlamlıq hüquqlarının müdafiəsində mətbuat lobbiçiliyi (1-ci mərhələ)  Himayədar Humanitar Təşkilatı (layihə icraçısı) - donor OXFAM GB
- 2000-2001, Yoxsul təbəqələrin təhsil və sağlamlıq hüquqlarının müdafiəsində mətbuat lobbiçiliyi (2-ci mərhələ) Himayədar Humanitar Təşkilatı (layihə icraçısı) - donor OXFAM GB
- 2001, Uşaqların dünya görüşünün formalaşmasında dərsdənkənar ədəbiyyatın rolu və respublikada dərsdənkənar ədəbiyyat problemi - Himayədar Humanitar Təşkilatı (koordinator) - donor İSAR/Azerbaycan
B. Britaniyanın Oxfam beynəlxalq Humanitar Təşkilatının təşkil etdiyi Treylerlər üçün treninq, İSAR / Azərbaycan Təşkilatının QHT idarəçiliyi, fandrezinq, KİV-lə iş treninqlərində iştirak edib və müvafiq sertifikatlar alıb.
 
 
 
Direktor köməkçisi - Elbar Tağıyev
 
Azərbaycan Politexnik Universitetini bitirib. Bakı Şifer zavodunda və müxtəlif yerli firmalarda (boya, alçı, şifer, plastik boru, sement və s. istehsalat firmalarında) satış işinin təşkili və ekspeditor vəzifələrində çalışıb.
 
 
 
 
 
 
 
 
Maliyyə meneceri - Mehman Qurbanov
 
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Əmək fəaliiyətinə Volodorski adına tikiş fabrikində texniki təhlükəsizlik müfəttişi kimi başlamışdır. Ağdam rayon komsomol və rayon həmkarlar ittifaqı komitəsində müxtəlif vəzifələrdə, sonra Ağdam şampan zavodunda mühasib vəzifəsındə çalışıb.
1991-cü ildə Ağdam rayon fəhlə nəzarəti komitəsinin sədri seçilib. Hazırda müxtəlif özəl müəsissələrdə və "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyində mühasib vəzifəsində çalışır.
 
 
 
 
 
 

ƏLAQƏ

 
Cəsarət Hüseynzadə
Tel.: /055/ 325 1838
e-mail:info@vsm.az
 

Ş Ə M S İ    Ə S Ə D U L L A Y E V

Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmirhacıyanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. 19-cu əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanada neft çıxarılması və kerosin e’malı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanada Atəşgahın yanında kerosin e’mal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxana və Əmirhacıyan kəndliləri neft mə’dənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.
1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük fantan vurur. Fantan 56 gün davam edir. Fantan hər gün milyon altı yüz min pud neft verirdi. Bu Bakı neft sənayesi tarixində ən məşhur fantanlardan biri idi.
 
Əsədullayevin neft hasilatı artdıqça onun Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı. Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də, xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda daşıtdırardı Rusiyaya.
Neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya (Tolstoy) küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir. Başqa binaları da vardı.
Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada noviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefi Rusiyaya öz müştərilərinə göndərməyə başlardı.
Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli arka qapısı ilə fərqlənirdi. Bağ 19-cu əsrin axırlarında salınmışdı.
Sovet höküməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi. Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.
 
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızına, kiçik oğlu Əli isə H.Z. Tağıyevin Leyla qızına evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun arvadı olub.
Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində yazırdı. O iki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.


 
 
 
Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

Nəzarət Paneli

İstifadəçi:
Şifrə:
 

» Şifrəni unutmusuz?
» Yeni qeydiyyat


Yeni elanlar

ЗОЛОТОЙ ТРЕУГОЛЬНИК (04.03.2010)
Предлагаем Вам тур в Анталию (01.03.2010)
"Знакомьтесь, Коста Брава!" (27.02.2010)
ПРЕДЛАГАЕМ ВАМ ТУР В АНТАЛИЮ НА НОВРУЗ БАЙРАМ (26.02.2010)
Уважаемые Дамы и Господа! (22.02.2010)
Предлагаем вам тур в Дубай на Новруз байрам! (18.02.2010)
ПЕКИН-ЛОЯН-СИАНЬ-ПЕКИН (13.02.2010)
ЭКСКУРСИОННУЮ ПРОГРАММУ "День святого Валентина в Стамбуле" (06.02.2010)
Предлагаем Вам тур в Стамбул на Новруз Байрам (04.02.2010)
Kartriclərin ucuz qiymət və z (02.02.2010)
Рим-Милан (8 дней/7 ночей) (01.02.2010)
Bizim yeni ev mebeli modelleri ile tanis olun. (29.01.2010)
«Прага Классическая» (28.01.2010)
ПРЕДЛАГАЕМ ВАМ ТУР В ДУБАЙ НА ШОППИНГ ФЕСТИВАЛЬ с 27 ЯНВАРЯ ПО 28 ФЕВРАЛЯ (21.01.2010)
Новое спецпредложение от GREENWICH Travel Club (21.01.2010)


“Azərbaycan məhsulları” jurnal-kataloqunun ilk sayı nəşr edilib


 

 

 

İlk səhifə | Məhsullar | Firmalar | Elanlar | Məqalələr | Qeydiyyat | Xəbərlər | Haqqımızda | Əlaqə
   
   

Copyright 2010 Virtual Satış Mərkəzi. All rights reserved.
Powered by NextPoint LLC