Cümə, 30 İyul 2010

   BÖLMƏLƏR
Avtomobillər (19)
Bank və sığorta (19)
Geyim və tekistil (6)
Hüquq xidmətləri (2)
Inşaat və tikinti (46)
Kənd təsərrüfatı (3)
Kimya sənayesi (4)
KIV və poliqrafiya (25)
Kompüter/aksesuarlar (16)
Kosmetika/parfümeriya (4)
Mebel və interyer (18)
Mədəniyyət və incəsənət (3)
Məişət avadanlıqları (9)
Nəqliyyat (2)
Qida emalı sənayesi (34)
Rabitə/kommunikasiya (2)
Təhsil və təlim (16)
Tibb və sağlamlıq (11)
Ticarət və xidmət (4)
Turizm/istirahət/idman (14)
Yüngül sənaye (1)
Digər (0)
Biznesə dəstək təşkilatları (7)
 
» Məlumat bazası:
       Firmalar: 202
       Məhsullar: 513
       Elanlar: 105
 
Axtarış:
Firmalar    Məhsullar
 
 

 
   SORĞU
Azərbaycanda uğurlu biznes qurmaq və inkişaf etdirmək üçün hansı tədbirlərin həyata keçirilməsi vacibdir?
Reklam və marketinq siyasətinin düzgün qurulması
Böyük kapital qoyuluşu
Vergi və digər iqtisadi qanunvericilik və idarəetmədə islahatların aparılması
Hökümət tərəfindən "Dəmir intizam"ın tətbiqi
Xüsusi azad zonaların yaradılması və dövlətin sahibkarlığın inkişafına diqqəti gücləndirməsi
Dövlət hər bir şəraiti yaradıb

Cəmi səs verənlər: 120

Nəticələri göstər

 

 

 
 

 

 

 

 

İlk səhifə Məhsullar Firmalar Elanlar Məqalələr Qeydiyyat Xəbərlər Haqqımızda Əlaqə
 
  Məhsullar


Məhsullar: 513    

Bölmə:

 
 
Ad: SOBTAVAN
İstehsalçı: Sobsan 
Ölçü vahidi: 35.10.25 
Qiyməti:  
Məlumat:
SOBTAVAN


Tavan boyası
Tanım: Akrilik kopolimer emulsiya əsaslı,binaların tavanlarında istifadə olunan,mat
görünüşlü,mükəmməl bəyazlığa malik bir boyadır.
Xüsusiyyətləri: Hər cür səthə mükəmməl yapışma göstərir.Elastik xüsusiyyəti sayə-
sində çatlamaz,qopmaz.Mükəmməl bəyazlığa və örtücülüyə sahibdir.Tənəffüs edə bilmə
xüsusiyyəti ilə.....  

 
Ad: ŞÜBHƏLƏR VƏ CAVABLARI
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 1.50 AZN  
Məlumat:
İnsan “Kimsən?”, “Haradan gəlirsən?” və “Hara gedirsən?” kimi əhəmiyyətli suallara həyatı boyu cavab axtarır.Amma insan övladının xəyalı sərhədsiz olduğuna görə, bu sualların cavabları ilə qane olmur və bütün şübhə və tərəddüdlərinə cavab istəyir. Bu məsələ bütün dövrlərdə aktual olmuşdur. Bu əsərin ərsəyə gəlməsinin əsas səbəbi də məhz bu şübhə və tərəddüdlərdir. Kitabda zehnimizi günlərlə məşğul edən, beynimizdə min bir şübhə oyadan “Şeytanın yaradılışı bizim əleyhimizə deyildirmi?”, “Orqanlarından məhrum olanlara haqsızlıq edilmirmi?”, “Zəlzələ və müsibətlərdə.....  

 
Ad: AZPOL FLEKS FUQA
İstehsalçı: NB Group 
Ölçü vahidi: 25KG-10KG-5KG 
Qiyməti:  
Məlumat:
Təsviri: Sement əsaslı,mineral dolduruculardan ibarət,polimer qarışıqlı, keramika ,kafel,mərmər,təbii daş və kərpic üçün dəkorativ,su keçirməyen dərz doldurucusu materialıdır. 1-12 mm genişliyində fuqalama işlərində keramik kənarlarına ,çatlamadan mükəmməl bir yapışma təmin edir və bərkiyir.


Tətbiqi: Tətbiq ediləcək səth toz,boya,kir,yuyucu vasitələrdən vb. maddələrdən təmizlənməlidir.. Orta hesabla 7.5 litrə qədər su ilə 20kg-lik dərz doldurucusu materialını alçakdan fırlanan mikser və ya küpəkcik ilə topalar qalmamq şərtilə qarışdırmaq tövsiyyə edilir. Hazırlanan material təxminən 10 dəqiqə.....  

 
Ad: ŞƏMAİL Görünüş və Davranışları İlə Ən gözəl insan Peyğəmbərimiz Sallallahu əleyhi və səlləm
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Həzrəti Əli (r.a.) gözəllər gözəli Peyğəmbər Əfəndimizin (s.ə.s.) gözəl camalını və kamalını belə yad edir: “Peyğəmbər Əfəndimiz (s.ə.s.) nə uzun, nə də qısa idi. Uzuna yaxın orta boylu idi. Saçları nə qıvrım, nə də düz idi. Qıvrımla düz arasında dalğalı bir saçı vardı. Nurani üzü nə tam yumru və şiş, nə də uzun və arıq idi. Lətif bədəni qırmızıya çalan gül rəngli, nurani və ağ idi. Gözləri qara, kirpikləri uzun idi. İri sümüklü, çiyinləri də geniş idi. Narın bədənində olan tüklər sinəsindən aşağıya enən yerdə daha aydın görünürdü. Mübarək əl və ayaqları yerli-yerində ölçüyə.....  

 
Ad: İSLAMDA DİALOQ VƏ TOLERANTLIQ
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 8.5x12.5 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Cövşəni-Kəbir hər biri Allahın isim və sifətlərindən onunu əhatə edən yüz bölümdən ibarət uzun bir duadır. Bu minacatların əsas qayəsi dua və hər fəslin sonunda təkrarlandığı kimi, dünya və axirət əzabından qurtuluş üçün bir niyazdır. Cövşəni-Kəbir məzmununun dərinliyi, ifadələrinin açıq olması və oxunuşundan əldə olunacaq dünya və axirət mükafatlarına dair gələn rəvayətlər baxımından çox oxunan dualar sırasındadır. Bu dua toplusu insan üçün mənəvi zireh, Uca Yaradana acizanə yalvarış, mənəvi feyz qaynağı, Allah Rəsulunun bir əmanətidir. Duanın orijinal ərəb dilində oxunuşu verilmiş, mənası isə.....  

 
Ad: BİR LƏTİFƏ DE!
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Yorulursan... Gündəlik işdən, qayğıdan... Televizoru açsan, informasiya xaosu yorğunluğuna yorğunluq, yükünə yük gətirəcək. Kitablara yönəlirsən. Bir şey oxuyum, könlüm açılsın, beynim dincəlsin deyə... Ya da övladlarının könlünü almaq, onların dərdini dağıtmaq üçün. Və ya şagirdlər arasında lətifə deyib gülmək üçün bəzən yarış başlayır. Birini o deyir, birini bu lətifənin.Rəsm sənətdi, ədəbiyyat da... insanşünaslıq sənətləri...insan arzularının ilmə-ilmə sözə düzüldüyü, xəyalların rənglərdə qanad açdığı sənətlər... insanın zövqünü oxşayır bu sənətlər... onda zövq formalaşdırır... ona.....  

 
Ad: Bizim dünyamızda QADIN
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 20x26.5 
Qiyməti: 2 AZN  
Məlumat:
Bizım Dünyamızda Qadın analıq ənginliyi ilə səmalar qədər geniş və göylərdəki ulduzlar qədər hislərin,düşüncələrin könlündə coşduğu bir hiss və mərhəmət bulağıdır. O, qəlbi kin və nifrətə qapalı olan, bütün varlığı ilə qurmaq və ucaltmaq üçün çalışan bir fədakar, yerüzündə ilahi xilafətin ən saf mayası, bəşəri incəliyində bir növ əsasıdır… Bizim dəyərlərimizə görə, Qadın Kişi ilə birlikdə bir vahidin iki bərabər üzüdür. Bir meyvənin yarısını kişi, yarısını da qadın təşkil edir...Bizim Dünyamızda Qadın cəmiyyəti qoynunda böyüdür, bəzən ana, bəzən bacı, bəzən də cənnət.....  

 
Ad: GÜL ƏTİRLİ HEKAYƏLƏR
İstehsalçı:  
Ölçü vahidi: 14x21 
Qiyməti: 2 AZN  
Məlumat:
Elə hadisələr var ki, az qala dünən texnoloji vasitələrin hökm etdiyi bir mühitdə baş verib, amma sənədlərdə, lentlərdə qalıb, yaddaşlardan, xatirələrdən silinib, tarixə gömülüb. Elə hadisələr də var ki, tarixin yazısız, ibtidai dövrlərində baş verib, amma onlar sənəd kimi könüllərə, düşüncələrə köçürülüb. Məhz belə hadisələrin iştirakçısı olan böyük şəxsiyyətlər qəlblərdə taxt qurmuş, illərlə, əsrlərlə insanlara yol göstərmişdir. Əsərdə daha çox ibrətamiz məzmunlu hekayələr əksini tapmışdır. Hədislərdə nəql edilən misallar yeni bir üslubda işlənmişdir. Hədisin orijinal mətnində olmasa.....  

 
Ad: GÜLÜN MÜJDƏSİ
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Yorqonun yaxşılığına mükafat, Böyük memarın könüllərdə tikdiyi qübbə, Qızıl tacı axtaran məsum qızcığaz... kimi bu kitabda fərqinə varmadığımız incə məqamlara toxunulur, hadisələr fərqli prizmadan təqdim edilir. Hekayələr qarşımıza çıxan hadisələrin əbəs, mənasız olmadığını, hər birində bir hikmət yatdığını göstərməklə bizlərə sanki bu sözləri pıçıldayır: siz təsadüfi deyilsiniz, başınıza gələnlər də.. bu dünyaya, hadisələrə tənqidi, adi münasibət bəsləməkdənsə, onlara hikmət nəzəri ilə yanaşın. Siz burada “Gülün müjdəsi”, ”Səmaların açarı”, “Gecənin nəfəsi”,.....  

 
Ad: Haqqın əzəli xütbəsi QURAN
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 20x26.5 
Qiyməti: 2.50  
Məlumat:
Bütün kitablar tək bir Kitabın daha yaxşı dərk edilməsi üçün...
Bir müsəlman kimi Quranı dərk etməkdə hansı səviyyədəyik? Əslində, Qurana qarşı göstərdi­yi­miz vəfasızlıq, sadəcə Onu bilməməklə bitmir. Bizi müsəlman olaraq tanıyanlar Quranın bizim həyat tərzimizi təbliğ etdiyini zənn edirlər. Yəni biz fərqinə varmadan nöqsanlı hərəkətlərimizlə başqalarının da Quranı yanlış anlamalarına səbəb oluruq. Məhz bu səbəblərə görə də Quranı daha yaxşı anlamağa çalışmalıyıq. “Bütün kitablar tək bir Kita­bın daha yaxşı dərk edilməsi üçün...” cümləsi bütün səy və cəhdlərin.....  

 
Ad: HİKMƏT DƏNİZİ
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 2 AZN  
Məlumat:
Nizami, Nəsimi, Füzuli, Mövlana, Yunus Əmrə , Nəcib Fazil, Mehmet Akif kimi söz ustadları sözə sonsuz mənalar yükləmiş, onu cilalamış, üfüqünü genişləndirmişlər. Onların həyatı sözləri qədər cilalı və pak, əməlləri əsərləri qədər dəyərlidir. Bir insan o vaxt fəzilət sahibi olar ki, özünə böyük şəxsiyyətləri müəllim seçmiş olsun. Böyük şəxsiyyətlərin həyatından bəhs edən mənqibələr (ibrətamiz rəvayətlər), hekayələr mədəniyyətimizdə əhəmiyyətli yerə malikdir. Bu kitabdakı rəvayətlər müxtəlif qaynaqlardan toplanmış, onlardan çıxarılacaq nəticələrə də bir qədər işarə olunmuşdur......  

 
Ad: HEYVANLARIN DİLİNDƏN
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 4.50 AZN  
Məlumat:
Bu kitabdakı məlumatlar elm dünyasının bizlərə təqdim etdiyi maraqlı həqiqətlərdir. Bu həqiqəti hər heyvanın öz dilindən dinləmək isə anlaşılmasını asanlaşdıran təmsil tərzidir. Bu kitabda, heyvanların öz dili ilə özləri haqqında maraqlı faktlar verilmiş, hər heyvanın eko­sistemdə yeri və mövcudluq səbəbi izah edilməklə yanaşı, varlıqların yaradılışındakı gözəlliklərə diqqət yetirilmişdir. Sirlərlə dolu heyvanlar aləmi ilə tanışlıq dünyagörüşün, biliyin artırılması baxımından kitabın təqdim etdiyi məlumatlar diqqətəlayiqdir. Kitabda nəhəng balinanın intuisiyasından, yarasanın radar sistemindən və.....  

 
Ad: HƏZRƏTİ XƏDİCƏ QADINLIQ ALƏMİNİN SULTANI
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Fəal bir həyat ...
Nümunəvi model ...
Unudulmaz xatirə ...
Birincilərin birincisi ...
Qadınlar aləminin xanımı ...
Hz. Xədicə (r.a.) anamız və onun həyatı insanların özünəxas həyat tərzi yaşadığı bir dövrdə fəal xidmətə dəvət edilən hər bir möminə model (ideal) olacaq, malı və canı ilə Allah və Rəsulunun (s.ə.s.) razılığını axtarmaq istəyənlərə rəhbərlik edəcək, dünyadan köçdükdən sonra da xatirələrdə yaşamağı arzu edənlərə qapılar açacaq, fiziki şərtlərin əlverişsiz olduğu dövrdə belə, bir qadın olaraq izi ilə getmək istəyənlərə alternativ yollar göstərəcək bir örnək ... Hz......  

 
Ad: Könüllərin gülü HƏZRƏTİ MƏHƏMMƏD
İstehsalçı:  
Ölçü vahidi: 20x26.5 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Sən bizə rəhbər və müəllim oldun. Sənin məktəbində həqiqi insanlığı öyrəndik, gizli dünyanı və axirət səadətinin müəmmasını anlaya bildik. Bəli, Sən olmasaydın, fələk səmada dövr etməyəcək və Sən dadımıza çatmasaydın, həyatın işığı sönəcək, dünya da gedib boş başını qiyamətə çırpacaqdı... Sən vəladətdən qəbir qapısına qədər uzanan yolda həyatı öyrədən, yemə, içmə, sevinc və kədəri, xülasə, həyata dair hər nə varsa, öyrədən yeganə Mürşidsən... Məcmuədə mümtaz ziyalı alim və mütəfəkkirlərin qələmindən süzülən peyğəmbəranə mərhəmət, müsamihə (günahlara, səhvlərə,.....  

 
Ad: KÖHLƏN
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 12x16.5 
Qiyməti: 1.20 AZN  
Məlumat:
Sədi Şirazi şeir yazmaqda Firdovsi və Ənvəridən sonra İran ədəbiyyatının üçüncü böyük şairidir. Nəsrdə isə onlardan irəlidədir. Əsərləri bir çox dillərə tərcümə olunmuş, şöhrəti bütün dünyaya yayılmışdır. Sədi əsərlərində əxlaqi məsələləri ön plana çəkir. Xüsusilə, nəsr əsərləri tərbiyəvi mahiyyət daşıyır. Əsərlərində Allaha inanmaq və güvənmək, ədalətli olmaq, təvazökarlıq, qənaətcillik, bilikli olmaq, yaxşılıq etmək, yamanlıqdan qaçmaq kimi xüsusiyyətlərə daha çox yer vermişdir. Və bu xüsusiyyətləri ifadə etmək üçün hekayə və nağıllardan da istifadə etmişdir. Sizə təqdim olunan.....  

 
Ad: MÜXTƏSƏR ELMİHAL
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 2.50 AZN  
Məlumat:
Yaradılış qayəmizin ibadət olduğunu nəzərə alsaq, namaz, oruc, zəkat, həcc və s. ibadətlərlə bağlı bizə ətraflı məlumat verən fiqh elmi çox əhəmiyyətlidir. Məhz fiqh elminə istinadən yazılan bu kitabda hər bir müsəlmana Namaz, Oruc, Zəkat, Həcc və Qurbanla bağlı ən zəruri məlumatlar təqdim edilir. Kitab insanın yaradılış qayəsi və İslam dini haqqında oxucuya məlumat verdikdən sonra imanın əsasları ilə bağlı sual doğuran məsələlərə aydınlıq gətirir. Kitabın üstün cəhəti ənənəvi məqamlara toxunmaqla yanaşı, müasir həyatda üzləşdiyimiz bəzi məsələləri də işıqlandırmasıdır. Kitab geniş oxucu.....  

 
Ad: Misli-bərabəri olmayan ibadət ORUC
İstehsalçı:  
Ölçü vahidi: 14x21 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Misli-Bərabəri Olmayan İbadət– Oruc kitabı adından da məlum olduğu kimi, bənzərsiz, insanı maddi və mənəvi cəhətdən təmizləyən, iradəsini tərbiyə edən, günahlara qarşı qalxan vəzifəsini görən və bütün dinlərdə ortaq bir ibadət şəkli olan oruc ibadətindən bəhs edir. Kitabda oruc ibadətinin tibbi, ictimai, mənəvi faydaları, Ramazan ayının fəzilətləri nəzərə çatdırılmış, Sevgili Peyğəmbərimizin (s.ə.s.) hədislərindən, İslam böyüklərinin ibrət dolu ­söz­­lə­rindən oruc ibadəti ilə bağlı dəyərli nümunələr verilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə.....  

 
Ad: NAMAZI ANLAYARAQ QILMAQ
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 14x21 
Qiyməti: 1.50 AZN  
Məlumat:
Namazı səmimiyyətlə, mənəvi rahatlıq içində və dərindən duyaraq qılmaq“əsas məqsəd”dir. Bunun uçun namaz qılan kəsin namazda oxuduğu duaların və surələrin mənasını bilməsi əhəmiyyətlidir. Namazda oxunan dua və surələrin mənasını öyrənməklə namazı ürəkdən, dərin səmimiyyətlə və bütün varlığımızla əda edə bilərik. Bu kitabla ərəbcə bilməyən oxucularımızın namazlarında oxuduqları duaların mənasını daha yaxşı anlamalarını və namazlarını anlayaraq qılmalarını məqsəd.....  

 
Ad: On bir ayın sultanı RAMAZAN
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 20x26.5 
Qiyməti: 2.50 AZN  
Məlumat:
Hər keçən saniyə həyatdan axıb gedir və insanlar yaşadıqları saleh günlərin dəyərli xatirələri ilə təsəlli tapır. Bu hal insana gələcəkdə təsəlli olacaq yeni saleh günlər yaşamalı olduğunu xatırladır. Budur, dua və Allaha yönəlmə mövsümü olan Ramazan ayı da indiyə qədər yaşanan saleh günləri andıran canlı bir mənbə kimi dəyərləndirilməyi ­gözləyir. Ramazan orucu, Qədr gecəsini, təravihi, Quranı, ibadəti, qulluğu və bayramı özündə ehtiva edən bərəkətli bir aydır. Ramazan nə qədər ibadət edilir-edilsin, həqiqi qurtuluşun ancaq Allahın mərhəməti ilə əldə ediləcəyini bizə yenidən xatırladır. Bir çox.....  

 
Ad: PAKCAN və NURCAN
İstehsalçı: Xəzər nəşriyyatı 
Ölçü vahidi: 16x15.5 
Qiyməti: 2 AZN  
Məlumat:
Vücudun sağlamlığı ruhun dirçəlişidir.
Mikroblar hər yerdə: evdə, məktəbdə, əşyalarımızda, hətta yediyimiz qidalarda belə var. Dolayısilə, bütün günü kitab-dəftərlə məşğul olan, oynayan uşaqlar mikroblarla daha çox təmasda olurlar. Buna görə də, uşaqların bədənlərini, paltarlarını, kitab-dəftərlərini, məktəblərini şüurlu şəkildə təmiz saxlaması, yoldaşlarını da buna təşviq etməsi, və ya natəmizlikdən çəkindirməsi olduqca əhəmiyyətli və aktual məsələdir. Uşaqlarda-övladlarınızda belə davranışları formalaşdırmaq üçün müxtəlif yollara əl ata bilərsiniz. Onlara vəd də verə bilərsiniz, əmr.....  

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 

Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

Nəzarət Paneli

İstifadəçi:
Şifrə:
 

» Şifrəni unutmusuz?
» Yeni qeydiyyat


Yeni elanlar

Gəzinti, istirahət ve əyləncə (28.07.2010)
New 7" Mini Netbook Laptop Notebook WIFI (27.07.2010)
ВНИМАНИЕ! СНИЖЕНИЕ ЦЕН НА БАРХАТНЫЙ СЕЗОН В ТУРЦИИ (23.07.2010)
Бухгалтерские курсы (21.07.2010)
İNGILIS DILININ FƏRDI TƏDRISI (21.07.2010)
Alman dili kursu (05.07.2010)
EV TİKƏNLƏRİN NƏZƏRİNƏ ! (23.06.2010)
"QANUN" NƏŞRLƏR EVİ nə kitab yayımı meniceri tələb olunur. (24.05.2010)
Kartriclerin dolumu (23.05.2010)
Kampaniya (22.05.2010)
Предлагаем Вам тур в Анталию (13.05.2010)
Forex-Ödənişsiz Seminar (06.05.2010)
Баку-Бодрум-Баку 16.06 - 23.06 (06.05.2010)
ЕСЛИ ВАС ИНТЕРЕСУЕТ ОБРАЗОВАНИЕ В СЕКТОРЕ ОТЕЛЬНОГО БИЗНЕСА (04.05.2010)
«Primera» şirkəti sizə aşağıdakı xidmetləri təklif edir (03.05.2010)




 

 

 

İlk səhifə | Məhsullar | Firmalar | Elanlar | Məqalələr | Qeydiyyat | Xəbərlər | Haqqımızda | Əlaqə
   
   

Copyright 2010 Virtual Satış Mərkəzi. All rights reserved.
Powered by NextPoint LLC